Seyidov: Çixura yoxlama oyunlarında ötürmələrdən daha çox istifadə etmişdi
1 avqust 2014 00:34
"Neftçi"nin futbolçusu Mirhüseyn Seyidov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çürcüstan "Çixura"sına qarşı keçirdikləri ilk oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən qarşılaşmanı belə şərh edib:
"Yoxlama oyunlarında gürcülər ötürmələrdən daha çox istifadə edirdilər. Həmin oyunlarda bizə daha çətin olmuşdu. "Çixura"nın necə komanda olduğunu bilirdik. Bu oyunda isə onlar tamamilə müdafiədə oturmuşdular. Buna görə də bizə çətin idi. Səfərdə daha yaxşı oynamağa çalışacağıq. "Koper"i necə səfərdə məğlub etmişdiksə, "Çixura"nı da eyni qaydada keçməyə çalışacağıq".