Bruno Bertuççi: Hələ heç nə itirilməyib
1 avqust 2014 00:12
"Neftçi"nin futbolçusu Bruno Bertuççi Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çürcüstan "Çixura"sına qarşı keçirdikləri ilk oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən qarşılaşmanı belə şərh edib:
"Biz həmişə qələbə qazana bilmərik. Bu gün alınmadı. Halbuki, komandamız çox çalışdı. Hələ ki, heç nə itirilməyib".