Qəbələ sabah yoxlama matçı keçirəcək
1 avqust 2014 16:00
Hollandiya toplanışının ardından paytaxtda bir araya gələn "Qəbələ" "Bakı" Futbol Klubunun təlim-məşq bazasında növbəti mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda Premyer Liqanın startı öncəsi bir sınaq oyununda da qüvvəsini sınayacaq.
Sabah keçirilməsi planlaşdırılan qarşılaşmada "qırmızı-qaralar" I divizion təmsilçisi "Qaradağ-Lökbatan"la üz-üzə gələcək. Matç "Bakı" Futbol Klubunun təlim-məşq bazasında saat 18:00-da start götürəcək.
"Qəbələ" Bakıda son məşqinə bu gün saat 19:00-da çıxacaq. "Qırmızı-qaralar" avqustun 3-də Qəbələyə yollanacaqlar.