Əli Daei: Azərbaycanda mənə beşqat artıq pul təklif edirdilər
1 avqust 2014 15:05
İran futbolunun Azərbaycan əsilli futbolçusu Əli Daei ölkəmizdən təklif alıbmış. Azerisport.az xəbər verir ki, bu barədə o, öz açıqlamasında məlumat verib:
"Azərbaycandan mənimlə əlaqə saxlamışdılar. Sərfəli təklif irəli sürdülər. Orada mənə "Persepolis"də aldığımdan 5 dəfə artıq pul təklif edirdilər. Amma mən bu təklifi qəbul etmədim. Çünki komandamın azarkeşlərinə söz vermişəm".