Millimiz Rusiya ilə Bakıda da qarşılaşacaq
1 avqust 2014 13:15
Ötən gün Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsinə hazırlıq məqsədilə Rusiya yığması ilə yoxlama oyunu keçirəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Rusiya - Azərbaycan oyunu sentyabrın 3-də Moskva şəhərində keçiriləcək.
Lakin bu iki komanda arasında qarşıdakı üç il ərzində iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Bu barədə iki ölkənin futbol federasiyaları arasında razılıq da əldə olunub. İkinci oyunun Bakıda keçiriləcəyi dəqiq olsa da, onun hansı tarixdə baş tutacağı bəlli deyil.