Vüqar Nadirov: Cavab matçında da uğur qazanmaq istəyirik
31 iyul 2014 00:34
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Vüqar Nadirov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avsriya "Zalsburq"una qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
"Əlbəttə, biz hamımız gözəl başa düşürdük ki, çox çətin oyun olacaq. Çünki rəqibimiz çox güclü komandadı. Amma biz ilk oyunda onlara qalib gələ bildik. Avstriyada keçiriləcək cavab oyununda da uğurlu nəticə qazanmaq istəyirik".
Bu komandalar arasında cavab oyunu bir həftə sonra səfərdə keçiriləcək.