Namiq Yusifov: Səfərdə bizi daha çətin oyun gözləyir
31 iyul 2014 00:23
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Namiq Yusifov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avsriya "Zalsburq"una qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
"Öncədən gözlədiyimiz kimi, çətin oyun oldu. Amma futbolçularımızın aldığı iki qırmızı vərəqə komandamıza baha başa gələ bilər. Bizi səfərdə daha çətin oyun gözləyir. Amma biz sonadək döyüşəcəyik. Qurban Qurbanov komandanı cavab oyununa necə hazırlamaq lazım olduğunu yaxşı bilir".
Bu komandalar arasında cavab oyunu bir həftə sonra səfərdə keçiriləcək.