Şenol Günəş Neftçi - Çixura matçında
31 iyul 2014 00:01
Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Şenol Günəş Azərbaycan Kubokunun qalibi "Neftçi"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sına qarşı keçirəcəyi ilk oyunu canlı izləmək üçün Bakıya gəlir. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis bu gün keçiriləcək oyunu "Bakcell Arena"da canlı izləyəcək.
Xatırladaq ki, "Çixura" Avroliqanın ikinci təsnifat mərhələsində məhz "Bursaspor"u mübarizədən kənarlaşdırıb - 0:0, 0:0, penaltilərlə 4:1.