Tahir Süleymanov: Bunu gürcülərin etdiyinə inanmıram
"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çürcüstan "Çixura"sına qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən qarşılaşmanı belə şərh edib:
"Bu oyunda biz "Çixura"nın səviyyəsini gördük. Bu komanda bir qayda olaraq müdafiədə oturur. Tiflisdə daha yaxşı oynayacağıq. Mərhələ keçməyi çox istəyirik. "Bursaspor"un səhvlərini təkrarlamaq istəmirik. "Çixura"ya heç kim qol vura bilmir? Biz çalışacağıq buna son qoyaq".
"Biz Gürcüstan komandasını, azarkeşlərini çox yaxşı qarşıladıq. Amma "Çixura" fanatları burada xoşagəlməz hərəkətlərlə yadda qaldılar. Fikrimcə, onların arasında təxribatçılar da var idi. Amma məncə, onlar gürcü deyildilər. Gürcülərin belə hərəkət edəcəyinə inanmıram".
Süleymanov bildirib ki, bununla əlaqədar "Neftçi" "Çixura" tərəfinə müraciət də ünvanlayıb: "Biz artıq buna görə "Çixura" rəsmilərinə öz fikrimizi bildirmişik".