Kevin Kampl: Hər şey öz əlimizdədi
31 iyul 2014 11:05
Avstriya çempionu "Zalsburq"un futbolçusu Kevin Kampl UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Matç biz təsəvvür etdiyimiz kimi alınmadı. Buraxılan qoldan sonra bir müddət özümüzdə deyildik. Fasilədən sonra isə qol vurmağa çalışırdıq. Qarşıda cavab oyunu da var. Hər şey öz əlimizdədi. "Qarabağ"a göstərməliyik ki, burada boss kimdi".