Çixura azarkeşləri Bakıda təxribata əl atdılar
31 iyul 2014 20:45
Bu dəqiqələrdə "Bakcell Arena"da Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Gürcüstan "Çixura"sı arasındakı ilk oyun keçirilir. Azerisport.az xəbər verir ki, qonşu ölkə təmsilçisinin azarkeşləri bu oyunun birinci hissəsində təxribata əl atıblar.
Belə ki, qarşılaşma başlayan kimi, "Çixura" fanatları "Neftçi"nin azarkeşlərinin əyləşdiyi sektorlara plastik su qabları atmağa başlayıblar. Lakin bu münaqişə tezliklə yatırılıb.
Az sonra isə gürcü tərəfdarlar xəritə açıblar. Hansı ki, xəritədə Azərabycanın iki şəhəri - Qax və Zaqatala Gürcüstan ərazisi kimi göstərilib. Bu isə fanatlar arasında növbəti qalmaqala səbəb olub.