Rəşad Sadıqov: UEFA-nın Reynaldonun qırmızı vərəqəsini ləğv edəcəyinə inanmıram
31 iyul 2014 14:40
"Qarabağ"ın kapitani Rəşad Sadıqov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una qarşı ilk oyunda meydandan qovulmuş Reynaldonun qırmızı vərəqəsinin ləğv olunacağına inanmır. Təcrübəli müdafiəçi bu barədə azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Klub rəhbərliyi UEFA-ya bununla bağlı müraciət etməklə düzgün addım atdı. Qitə futbol qurumunda bununla bağlı hansı qərarın qəbul olunacağını indidən söyləmək çətindi. Düzünü desəm, UEFA-nın bu qırmızı vərəqəni ləğv edəcəyinə inanmıram. Baxmayaraq ki, həmin epizoda görə futbolçumuza qırmızı vərəqə düşmürdü".