Kamran Ağayev sıraya nə zaman dönəcək?
30 iyul 2014 00:12
Hollandiya toplanışı zamanı zədələnən "Qəbələ"nin qapıçısı Kamran Ağayevin nə zaman yaşıl meydanlara dönəcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə klub saytına komandanın həkimi Rahim Məhərrəmov məlumat verib.
Məhərrəmovun sözlərinə görə, Bakıya döndükdən sonra müayinədən keçən Ağayevin əməliyyata ehtiyacının olmadığı dəqiqləşib. Kiper bir həftəlik müalicədən sonra məşqlərə başlayacaq.