Fotoreportaj|Video|На русском

Futbol

Qarabağ üçün tarixi şans

30 iyul 2014 00:06

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi - son ölkə çempionu "Qarabağ" da növbəti sınağına çıxacaq.

Xatırladaq ki, Ağdam klubu bu turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Bu mərhələdə isə təmsilçimizi Avstriya "Zalsburq"u ilə çətin sınaq gözləyir. Bu komandanın mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlaması da rəqibin necə ciddi klub olmasından xəbər verir.

“Zalsburq” klubu 1933-cü ildə yaranıb. Əvvəllər “Avstriya Zalsburq” kimi tanınan klubun adı bir neçə dəfə dəyişdirilib. 1973-cü ildən etibarən bir neçə sponsor dəyişdirən klub həmin şirkətlərin adlarını da daşıyıb. 2005-ci ildə isə klub, demək olar ki, tamamilə dəyişdirilib. Həmin vaxt maliyyə problemləri ilə üzləşən klubun bütün səhmlərini “Red Bull” şirkəti satın alıb. Həmin vaxtdan sonra onun adı, rəngləri və loqosu dəyişdirilib. Bu dəyişiklikdən sonra əvvəllər formasında bənövşəyi və ağ rəngləri daşıyan komanda qırmızı və ağ rənglərdən yararlanmağa başlayıb. Hazırda Avstriya təmsilçisi “Red Bull Zalsburq Futbol Klubu” adlanır və ləqəbi “buğalar”dı. Komanda “Red Bull Arena” adlanan və 31 min 895 tamaşaçı tutumu olan stadionda oynayır. Amma UEFA klubların titul sponsorlarının adını daşımasının əleyhinə olduğundan, "Red Bull" adını tanımır və "Zalsburq" kimi qəbul edir.

“Zalsburq”qun prezidenti yunanıstanlı Yorqos Esplandatkulosdu. Hazırda “qırmızı-ağlar”ı yerli mütəxəssis Adolf Hütter çalışdırır. "Qrodiq"in sabiq baş məşqçisi bu posta 2014-cü ildə gətirilib. O, Almaniyanın "Bayer" klubundan aldığı təklifə yox deyə bilməyən Rocer Şmidti əvəzləyib.
 
Eyniadlı şəhəri təmsil edən “Zalsburq” ölkənin ən güclü klublarındandı. “Qırmızı-ağlar” ölkənin ən yüksək liqası - Avstriya Bundesliqasında çıxış edir. Komanda 8 dəfə (1993/94, 1994/95, 1996/97, 2006/07, 2008/09, 2009/10, 2011/12, 2013/14) Bundesliqa çempionu olub. 6 dəfə gümüş medalla kifayətlənən bu komanda bir dəfə də bürünc medallara sahib çıxıb. Ümumilikdə 6 dəfə Avstriya Kubokunun finalına vəsiqə qazanan “buğalar” ancaq 2012 və 2014-cü illərədə qalib adını qazanıblar. Onlar həmçinin 3 dəfə də (1994, 1995, 1997) Avstriya Superkubokunun qalibi olublar.
 
10 komandanın mübarizə apardığı Avstriya Bundesliqasında ötən mövsümü çempion tamamlayan “Zalsburq” 36 oyunda 80 xal toplayıb və ən yaxın təqibçisi “Rapid”i 18 xal qabaqlayıb. Mövsümü 25 qalibiyyət, 5 heç-heçə, 6 məğlubiyyətlə başa vuran “buğalar” rəqib qapılarından 110 (!) top keçirib, 35 qol buraxıb. Komandanın ən yaxın təqibçisi “Rapid” isə mövsümü 62 xalla başa vurub. Çempion komandanın ən məhsuldar futbolçusu Conatan Soriano olub. İspaniyalı hücumçu 31 qolla 2013/14 mövsümünün bombardiri olub. Maraqlıdı ki, onun əsas izləyicisi elə öz komanda yoldaşı - Alandı - 26 qol. “Zalsburq”un avrokuboklarda da böyük təcrübəsi və uğurları var. Elə komandanın 1993/93 mövsümündə indi Avropa Liqası adlanan UEFA Kubokunda finalda oynamasını xatırlatmaq yetərlidi. Həmin mövsüm "Zalsburq" İtaliya "İnter"i ilə final oyunlarından məğlub (0:1, 0:1) ayrılıb.

Göründüyü kimi, "Valletta"dan fərqli, "Qarabağ"ın budəfəki rəqibi nəhəng klub təsiri bağışlayır. Bu üzdən də komandamızın "Zalsburq" səddini keçmək üçün daha böyük güc sərf etməsinə ehtiyac var. Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərinin hər birini dəyərləndirməklə sürpriz nəticəyə imza ata bilər. Cavab matçının səfərdə keçirilməsi avstriyalılara sərf edir. Bu üzdən komandamız bütün gücünü ilk oyuna qoyub, sərfəli nəticə qazanması lazımdı. Belə olan halda Zalsburqa bir qədər rahat yollanmaq olar.

Maraq üçün qeyd edək ki, Ağdam klubu bu mövsüm nəhayət qitə miqyaslı turnirlərdə qrup mərhələsinin iştirakçısı olmaq iddiasındadı. Vaxtilə "Neftçi"nin imza atdığı belə bir uğura Çempionlar Liqasında nail olmaq çətin olsa da, ən azı Avroliqanın qruplarına düşmək mümkündü. Bir neçə dəfə qrup mərhələsinin astanasında dayanan "Qarabağ"dan bu mövsüm gözləntilər çox yüksəkdi. "Valletta"dan sonra "Zalsburq"u da keçməsi, Ağdam klubuna çöx böyük imkanlar yaradacaq. Belə ki, təmsilçimiz buna nail olsa, ÇL-in pley-off mərhələsi ilə yanaşı, həm də Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin edəcək. Yəni ÇL-dəki növbəti oyunlarından məğlub da ayrılsa, Azərbaycan çempionu mübarizəni Avroliqada davam etdirmək şansı qazanacaq. Özü də "Qarabağ" avrokuboklarda belə bir uğur qazanan, yəni ÇL-in pley-off mərhələsinə qədər irəliləyən, Avroliqanın qrup mərhələsinə vəsiqəni bu turnirin təsnifat və pley-off mərhələsində oynamadan əldə edən ilk komandamız olacaq. Bu üzdən "Qarabağ" belə bir tarixi şansı əldən qaçırmamalıdı.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 10.375 reytinq xalı var. Bunun 1.500 xalı cari mövsümdə qazanılıb ("İnter" - 0.750, "Qarabağ" - 0.500, "Neftçi" - 0.250). "Qarabağ" özü 7.575 xalla klub sıralamasında Avropanın 192-ci komandasıdı. "Zalsburq" isə 32.910 reytinq xalı ilə 54-cüdü.
 
Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi
(ilk oyun)
30 iyul

20:30. Qarabağ - Zalsburq
Hakimlər: Sergey Boyko, Aleksandr Voytyuk, Oleq Pluznyuk, Anatoli Abdula (Ukrayna).
UEFA nümayəndəsi: Oğuz Sarvan (Türkiyə).
Hakim-inspektor: Kuanış Kanapyanov (Qazaxıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah