Neftçi - Çixura matçına 3500 bilet satılıb
30 iyul 2014 00:01
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" matçının biletləri srağagündən etibarən satışdadı. Azerisport.az xəbər verir ki, artıq 3500 bilet satılıb.
Qeyd edək ki, biletlər matçın keçiriləcəyi "Bakcell Arena"nın kassalarında satılır. Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdı.