İki azərbaycanlı futbolçu Türkiyədə klubunda
30 iyul 2014 11:23
Türkiyənin "Serhat Ardahanspor" iki azərbaycanlı futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, söhbət "Rəvan"ın sabiq yarımmüdafiəçisi Məhəmməd Haqverdiyevlə "Qəbələ"nin keçmiş qapıçısı Elnar Kərimovdan gedir.
Artıq hər iki futbolçumuzla rəsmi müqavilə imzalanıb və onlar ictimaiyyətə təqdim olunublar.
Qeyd edək ki, "Serhat Ardahanspor" Türkiyənin həvəskarlardan ibarət liqasında çıxış edir.