Berti Foqts Qarabağ və Neftçinin avrokubok oyunlarını izləyəcək
30 iyul 2014 11:01
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Zaltsburq" oyununu canlı izləyəcək. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində sabah keçiriləcək "Neftçi" - "Çixura" qarşılaşmasını da izləyəcək. (AFFA)