Rəşad Sadıqov: Bizim üçün əsas qələbə qazanmaq idi
30 iyul 2014 22:55
Azərbaycan çempionu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avsriya "Zalsburq"una qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
"Zalsburq" səviyyəli komandadı. İkinci hisədə daha diqqətli oynamağa başladıq. Bizim üçün qələbə qazanmaq vacib idi. Ümid edirəm ki, cavab görüşündə bu gün qırmızı vərəqə almış futbolçularımızı layiqincə əvəzləyə biləcəyik. Baş məşqçi sağ olsun ki, bu gün mənə güvəndi. Uzun müddət idi oynamırdım və belə bir fasilədən sonra mübarizə aparmaq çətin idi".
Bu komandalar arasında cavab oyunu bir həftə sonra səfərdə keçiriləcək.