Maksim Medvedev: Teli və Reynaldonun qovulması bizim üçün ciddi itkidi
30 iyul 2014 22:45
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Maksim Medvedev UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avsriya "Zalsburq"una qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
"Çox vacib qələbədi. Çətin oldu. Rəqib bizi iki qırmızı vərəqə almağa məcbur etdi. Reynaldo ilə Telinin qırmızı vərəqə alması bizim üçün çox ciddi itkidi. Cavab oyununda onlarsız çətin olacaq. Amma şadam ki, ev oyununda qələbə qazana bildik".
Bu komandalar arasında cavab oyunu bir həftə sonra səfərdə keçiriləcək.