Samir Məsimov: Cütün taleyini elə ilk oyunda həll edə bilərik
30 iyul 2014 18:25
"Neftçi"nin yarımmüdafiəçisi Samir Məsimov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Çixura" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz "Çixura" ilə toplanış zamanı iki oyun keçirmişdik. Fikrimcə, yoxlama oyunlarındakı məğlubiyyətin əvəzini çıxa biləcəyik. Ev oyununda qol buraxmamaq çox vacibdi. Cütün taleyini elə ilk oyunda həll edə bilərik".