Erik Ramos: Çixuranın bəxti gətriib ki, Bursasporu keçib
30 iyul 2014 18:14
"Neftçi"nin yarımmüdafiəçisi Erik Ramos Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Çixura" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mən hələ "Çixura"nı iş başında görməmişəm. Türkiyə "Bursaspor"unu necə keçdiklərini isə söhbətlərdə eşitmişəm. Fikrimcə, türklərin sadəcə, bəxti gətirməyib. Biz qələbə qazanmağı bacarırıq. Bunu Sloveniya "Koper"i ilə səfər oyununda da sübut etdik. Sabah da bizi çox vacib oyun gözləyir. Müsbət nəticəyə nail olmalıyıq".