Çixuranın oyunçuları Bakı Hava Limanını vaxtında tərk edə bilmədi
30 iyul 2014 17:41
Gürcüstanın "Çixura" klubunun futbolçu və məşqçi heyəti Bakıya gəlib. Azerisport.az xəbər verir ki, sabah Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq bu komanda Bakı Hava Limanını nəzərdə tutulan vaxtda tərk edə bilməyib.
Belə ki, klub rəhbərliyi Azərbaycan paytaxtına çatdıqdan sonra otelə getmək üçün avtobusu öncədən sifariş etməyib. Bu üzdən onlar hava limanında "Neftçi" rəsmiləri ilə əlaqə yaradaraq, onlardan kömək istəyiblər. Yalnız Bakı klubunun rəhbərliyi işə qarışdıqdan sonra Gürcüstan təmsilçisi mənzil başına çatıb.