Neftçi - Çixura matçına 6 min bilet satılıb
30 iyul 2014 16:45
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" matçının biletlərinin satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 6000 bilet satılıb.
Qeyd edək ki, biletlər matçın keçiriləcəyi "Bakcell Arena"nın kassalarında satılır. Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdı. (klub saytı)