Əli Gökdəmir Hannoveri tərk etdi
30 iyul 2014 16:00
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmirin “Simurq”a keçidini Almaniya mətbuatı da təsdiqləyib. Azerisport.az xəbər verir ki, onlar 22 yaşlı futbolçunun “Hannover”dən ayrılaraq Zaqatala klubu ilə anlaşdığını yazıb.
Qeyd edək ki, 2012-ci ildən Azərbaycan yığmasının formasını geyən Əli Gökdəmir son mövsümü icarə əsasında Türkiyənin "Elazığspor" klubunda çıxış etmişdi.