"Qarabağ çətin ki, müdafiədə otursun"
30 iyul 2014 15:00
Avstriya “Zalsburq”unun müdafiəçisi Martin Hinteregger Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, 21 yaşlı müdafiəçi bu sözləri deyib:
“Baş məşqçimiz rəqibin oyununu canlı izləyib. Onları yaxşı təhlil etmişik. Biz bilirik ki, “Qarabağ” böyük ehtimalla, müdafiədə oturmayacaq, hücum etməyə çalışacaq. Bu da bizim üçün yaxşı haldı. Çünki hücum etmək üçün daha çox şansımız olacaq. Ona görə də, hücum və pressinqlərimizdən məharətlə istifadə etməliyik. Uzun yol qət etmişik və bura ilə aramızda saat fərqi var. Amma biz buna fikir verməməliyik və peşəkarlığımızı qorumalıyıq”.