Mircavadov: Qarabağ səhvlərindən istifadə etməlidi
30 iyul 2014 13:15
"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadov "Qarabağ" - "Zalsburq" görüşü haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Səhv etmək olmaz. Axşamkı matçda rəqib səhvləri bağışlamayacaq. "Qarabağ"ın heyətində yaxşı futbolçular var. Reynaldo və digərləri matçın taleyini həll etməyə çalışmalıdı. Standart vəziyyətlərdən maksimum yararlanmaq lazımdı. Hər bir hücumu dəyərləndirmək vacibdi. Komandamız qələbə də qazana bilər. Futbolda məğlubedilmək komanda yoxdu. Sadəcə, rəqibə qarşı layiqli oynamaq lazımdı. "Zalsburq"un səhvlərindən istifadə etməliyik. Bu yolla nəticə qazanmaq olar."