Neftçi və Çixuranın baş məşqçiləri jurnalistlərlə görüşəcək
29 iyul 2014 12:45
Avropa Liqasındakı təmsilçimiz "Neftçi" iyulun 31-də bu turnirin üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sı ilə ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, sabah bu qarşılaşma öncəsi hər iki komanda son məşqini edəcək, komandaların baş məşqçiləri isə mətbuat konfransları keçirəcəklər.
17:30-da "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı baş tutacaq. Bundan yarım saat sonra isə bakılıların son məşqi start götürəcək.
18:30-da isə "Çixura"nın baş məşqçisi Samson Pruidze jurnalistlərin suallarını cavablandıracaq. Gürcüstan təmsilçisinin "Bakcell Arena"dakı son məşqi isə saat 19:00-da start götürəcək.