"Sumqayıt Türkiyədə son məşqə çıxdı, bu gün qayıdır
29 iyul 2014 00:34
Topaz Premyer Liqasında 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Türkiyənin Kartepe bölgəsindəki təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, qonşu ölkədə ötən gün son məşqini keçirmiş komanda bu gün səhər saatlarında vətənə qayıdacaq.
Aqil Məmmədovun rəhbərlik etdiyi komanda 2 günlük istirahət etdikdən sonra iyulun 31-dən etibarən ilk turda "Qarabağ"la qarşılaşma üçün Sumqayıtda məşqlərə başlayacaq.
Xatırladaq ki, "Sumqayıt" Türkiyədə 5 yoxlama oyunu keçirdi. Komanda "Perspolis" (2:3), "Bunyodkor" (1:0), Batumi "Dinamo"su (2:2), "Altın Asır" (2:2) və "Balkan"la (1:1) hazırlıq oyununda qüvvəsini sınayıb. (klub saytı)