AZAL vətənə döndü
29 iyul 2014 00:28
İyulun 16-dan yeni mövsümün hazırlıqlarını Türkiyənin Bolu şəhərində keçirən AZAL qardaş ölkədə 12 günlük qaldıqdan sonra vətənə dönüb. Azerisport.az xəbər verir ki, ötən gün axşam saatlarında Bakıya çatan komandanın üzvlərinə 2 günlük istirahət imkanı verilib.
“Təyyarəçilər” bir də ayın 31-də axşam məşqində bir araya gələcək və Premyer Liqanın yeni mövsümünün ilk turuna hazırlıqlara başlayacaq.