Valentino Lazaro: Ola bilər ki, Qarabağ bizi keçsin
Avstriyanın "Zalsburq" klubunun yarımmüdafiəçisi Valentino Lazaronun azerisport.az saytına müsahibəsi
- Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaqsız. Bu komanda ilə oyunlardan nə gözləyirsiz?
- Qələbə qazanmalıyıq. Başqa heç nə gözləmirəm.
- Bunu özü gücünüzə əmin olduğunuz üçün deyirsiz, yoxsa rəqib o dərəcədə yaxşı deyil?
- Zəif rəqib olmur. Əminəm ki, "Qarabağ" güclü komandadı. Sadəcə, bizim bu mövsüm üçün əsas hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə düşməkdi. Bu hədəfə çatmaq üçün hər şeyimiz var. Komandanıza hörmətlə yanaşırıq. Ola bilər ki, "Qarabağ" bizi keçsin. İstənilən halda yaşayıb, görəcəyik.
- "Qarabağ"ın "Valletta" ilə oyununa baxmısız?
- Yox. Rəqibin oyununu analiz etmək işinə məşqçilər korpusu baxır.
- Avstriya çempionatının ilk iki turunda əsl şou göstərmisiz. "Rapid"ə 6:1 "Viner Noyştadt"a 5:0 hesabıyla qalib gəlmisiz. Belə möhtəşəm başlanğıcın sirri nədədi?
- Biz hələ "Sollenau" ilə kubok oyununda da 10 qol vurmuşuq. Bu, mövsümə çox ciddi hazırlaşmağımızın nəticəsidi. Həm də "Rapid"lə oyunlar "Zalsburq" üçün derbi xarakteri daşıyır. Bu komandaların oyununda futbolçular hər imkandan yararlanmağa çalışır ki, qol vursun.
- Bəs "Qarabağ"ın oyunu haqda nə bilirsiz?
- Bilirəm ki, orada bir neçə braziliyalı futbolçu, eləcə də Azərbaycan yığmasının üzvləri çıxış edirlər.