Qarabağ - Zalsburq: Artıq 16 000 bilet satılıb
29 iyul 2014 12:15
Futbol üzrə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Zalsburq" görüşünə bilet satışı davam edir. Azerisport.az saytına verilən məlumata görə, artıq 16 000 bilet satılıb.
Hazırda Tofiq Bəhramov adına stadionun kassalarında bilet satışı həyata keçirilir. Sabah oyun günündə də bilet satışı davam edəcək.
Qeyd edək ki, iyulun 30-da, saat 21:00-da start götürəcək oyun üçün 25000 bilet hazırlanıb.