Bakıya 20 gürcü jurnalist gələcək
29 iyul 2014 12:00
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" ilə Gürcüstan "Çixura"sı arasındakı ilk oyuna qonşu ölkədən xeyli jurnalist gələcək. Azerisport.az xəbər verir ki, artıq 20 jurnalist bu oyuna akkreditasiya almaq üçün müraciət ünvanlayıb.
Qeyd edək ki, "Neftçi" - "Çixura" matçı iyulun 31-də keçiriləcək və saat 20:00-da start götürəcək.