Asim Xudiyev Avroliqanın daha bir oyununa təyinat aldı
29 iyul 2014 00:12
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev olacaq UEFA Avropa Liqasında daha bir oyuna təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilkin oyunları çərçivəsində iyulun 31-də Macarıstanın Debretsen şəhərindəki "Debretsen Arena"da keçiriləcək "Diosqyor" (Macarıstan) - "Krasnodar" (Rusiya) oyununun hakim-inspektoru Xudiyev olacaq.