Riçard Almeyda: Zalsburqa qarşı sürətli futbol sərgiləməyi bacararıq
29 iyul 2014 21:20
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Zalsburq" "Valletta" deyil. Onlar daha çox sürətlidilər. Bu o deməkdi ki, biz də sürətli hərəkət etməliyik. Biz bunu bacarırıq. Yaxşı nəticə qazanmağımız lazımdı.
"Valletta" ilə oyunda qaçırdığım penaltiyə gəlincə, bu uğursuz cəhdim məni çəkindirmir. Əgər növbəti oyunlarda penalti təyin olunsa, mən vuracam. Baş məşqçi də razılıq versə, penalti vurmağa hazıram".