Flavinyo ilə Stamenkoviç Çixuraya qarşı oynaya biləcək
29 iyul 2014 15:00
Azərbaycan Kubokunun qalibi "Neftçi"nin aparıcı futbolçuları Flavinyo ilə Saşa Stamenkoviç Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Çixura" klubuna qarşı oynaya biləcək. Azerisport.az xəbər verir ki, onların kiçik zədəsi olduğundan bu görüşdə forma geyməsi sual altında idi.
Amma onların zədəsini sağaltdığı və meydana çıxmağa hazır olduğu bildirilir.