Çixuranın kapitanı Neftçi ilə oyunu buraxa bilər
29 iyul 2014 13:50
Gürcüstanın "Çixura" klubunun kapitanı David Odikadze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, buna səbəb onun hazırda zədəli olmasıdı.
Hələ ki, Odikadzenin meydana çıxması sual altındadı. Vaxtilə "İnter"də çıxış etmiş bu futbolçu oyun saatına kimi sağalmasa, onu başqası əvəzləyəcək.
Qeyd edək ki, "Çixura"ya ilk oyunda yarımmüdafiəçi Qiqa Beçvaya da kömək edə bilməyəcək.