Adolf Hütter: Eyforiyaya qapılmaz olmaz
28 iyul 2014 11:01
Avstriya çempionu "Zalsburq"un baş məşqçisi Adolf Hütter Çempionlar Liqasında "Qarabağ"a qarşı keçiriləcək oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Hesab edirəm ki, bizi heç də asan oyunlar gözləmir. Birincisi uzun yol qət edəcəyik, təxminən, altı saata yaxın. İkincisi, "Qarabağ"ın evdə necə gözəl oyun sərgilədiyini gördüm. Bundesliqadakı son nəticələrimiz bizi sevindirir. Amma eyforiyaya qapılmaq olmaz".