Superkubok matçının vaxtı dəyişəcək
28 iyul 2014 01:07
Futbol üzrə Azərbaycan Superkubokunun vaxtı dəyişdirilə bilər. Azerisport.az xəbər verir ki, "Neftçi" Avropa Liqasında pley-off mərhələsinə yüksələcəyi təqdirdə Peşəkar Futbol Liqasına müraciət olunacaq.
"Ağ-qaralar" çempionatın ilk turundakı matçı və Qəbələdə keçirilməli olan Superkubok görüşünün təxirə salınmasını xahiş edəcək.
Qeyd edək ki, "Çixura" və "Neftçi" arasında cavab matçı avqustun 7-də Gürcüstanda keçiriləcək. Bundan 2 gün sonra milli çempionat start götürəcək. Ona görə də "Neftçi" rəhbərliyi indidən PFL-i məlumatlandırmaq istəyir.