Erat darmadağına sevindi
27 iyul 2014 13:25
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat Almaniyanın "Fortuna" klubunun heyətində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, futbolçumuz Düsseldorf təmsilçisinin İngiltərə "Viqan"ına qarşı oyununda 73-cü dəqiqədən etibarən meydanda olub.
Həmin vaxt hesab 3:1 almanların xeyrinə olub. Eratın meydana çıxmasından sonra isə komandası daha bir qol vurub və qələbə qazanıb - 4:1.