Pena Xəzər Lənkəranın sabiq məşqçisinin yanına gedir
27 iyul 2014 00:56
"Bakı"nın sabiq hücumçusu Marius Pena özünə hələ də yeni klub tapmayıb. Azerisport.az xəbər verir ki, onun Klub "Universitatya"sına keçməsi gözlənilir.
Bu komandanı "Xəzər Lənkəran"ın sabiq məşqçisi Mihay Teja çalışdırır. "Xəzər Lənkəran"da çıxış etmiş Nikolay Muşat, "Simurq"un sabiq forvardı Raul Kostini yanına aparan mütəxəssisin Penanı da xidmətində görmək istədiyi bildirilir. Bu məsələyə yaxın günlərdə aydınlıq gəlməlidi.