Simurq Rusiya klubuna 4 qolla uduzdu
26 iyul 2014 20:50
Avstriyada yeni mövsümün hazırlıqlarını davam etdirən "Simurq" bu gün sözügedən ölkədə növbəti yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin rəqibi Rusiyanın "Amkar" klubu olub.
Qarşılaşma "Simurq"un böyük hesablı məğlubiyyəti ilə başa çatıb. 37, 39 və 45+2-ci dəqiqələrdə qapısında qol görən Zaqatala təmsilçisi 83-cü dəqiqədə yenə mərkəzə dəvət olunub. Georgi Çixradzenin yetirmələri yalnız 74-cü dəqiqədə təsəlli qolunu vura biliblər.
Qeyd edək ki, "Simurq" Avstriyadakı ilk sınaq matçında Hayfa "Makkabi"si (İsrail) ilə qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu. Albaniyanın "Teuta" klubu ilə görüşdə isə hesab açılmamışdı - 0:0.
Yoxlama oyunu
26 iyul
Simurq - Amkar - 1:4