Baçana Sxadadze: Hakimin bizə qarşı niyə qərəzli olduğunu anlamadım
25 iyul 2014 00:34
Bakı "İnter"inin futbolçusu Baçana Sxadadze Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının məğlubiyyətini (0:1, penaltilərlə - 3:4) belə şərh edib:
"Evdə oynamağımıza baxmayaraq, hakim bizə qarşı çox qərəzli mövqe tutmuşdu. Bunun niyə belə olduğunu mən də bilmirəm. Buna baxmayaraq, biz sonadək mübarizə apardıq. Penaltiləri məşq etmişdik. Amma oyundan sonra vura bilmədik".
Xatırladaq ki, bu komandalar arasında İsveçdə keçirilmiş ilk oyunda "İnter" "Elfsborq"dan güclü olmuşdu - 1:0.