Rövnəq Abdullayev: İsveç klubunun bəxti gətirdi
25 iyul 2014 00:23
AFFA prezidenti Rövnəq Abdullayev "İnter"in Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirdiyi cavab matçından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter" uzun müddət azlıqda mübarizə aparsa da, futbolçular sonadək döyüşdülər. Qələbə qazanmağı çox istədikləri hiss olunurdu. İsveçlilərin bəxti gətirdi. Penalti lotereyadı".