Madriqal: Matçın penaltilərə qədər uzanmasına imkan verməməliydik
25 iyul 2014 00:01
Bakı "İnter"inin hücumçusu Dieqo Madriqal Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının məğlubiyyətini (0:1, penaltilərlə - 3:4) belə şərh edib:
"Heç nə deyəcəyimi də bilmirəm. Çox məyusam. Penaltilərlə uduzmaq həmişə üzücüdü. Biz qələbə qazanmalıydıq və oyunun penaltilərə qədər uzanmasına imkan verməməliydik. Deyiləsi başqa sözüm yoxdu".
Xatırladaq ki, bu komandalar arasında İsveçdə keçirilmiş ilk oyunda "İnter" "Elfsborq"dan güclü olmuşdu - 1:0.