Vanoli: Neftçi ilk oyunla müqayisədə daha yaxşı oynadı
Sloveniyanın "Koper" klubunun baş məşqçisi Rodolfo Vanoli Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Rəqib ilk oyunla müqayisədə bu gün daha yaxşı oynadı. Yetirmələrimi yalnız sonadək vuruşduqlarına görə təbrik edə bilərəm. Komandamızın Avropa təcrübəsi yoxdu. Bu da həlledici rol oynadı. "Neftçi" birinci hissədə çox yaxşı təsir bağışladı. Ştromayerin meydandan qovulmasını şərh etmək istəirəm. Ola bilər ki, ehtiyatlı, müdafiədən oynadıq, amma hesabı qorumaq haqda düşünmürdük. Yəqin ki, futbolçularım təzyiqə davam gətirə bilmədilər".
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda "Koper" "Neftçi"dən güclü olmuşdu - 2:1.