Qəbələ nigeriyalı hücumçu aldı
25 iyul 2014 19:00
Hollandiya toplanışını davam etdirən "Qəbələ" sıralarını daha bir futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin “Gənclərbirliyi” klubunun hücumçusu Ekiqo Ehiosunla anlaşıb.
Əyalət təmsilçisi nigeriyalı ilə 1 illik müqavilə bağlayıb. O, növbəti mövsümün sonuna kimi “Qəbələ”də icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, 1990-cı il iyunun 25-də Nigeriyada anadan olan Ekiqo peşəkar futbolçu karyerasına 2008-ci ildə ölkəsinin "Varri Volfs" klubunda başlayıb. 2011-ci ildə Türkiyə "Samsunspor"una transfer olunan hücumçu bir il sonra eyni ölkənin "Gənclərbirliyi" klubuna keçib.
Ekiqo Nigeriya yığmasının heyətində 3 oyun keçirib və 1 qola imza atıb.