Saşa Stamenkoviç: Neftçi göstərdi ki, cütün taleyi öz əlindədi
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
"Evdəki uğursuz oyundan sonra səfərdə işimizin daha çətin olacağını bilirdik. Amma biz əsl xarakter nümayiş etdirdik, göstərdik ki, cütün taleyi öz əlimizdədi. Rəhbərliyə dəstəyə görə təşəkkürümü bildirirəm. Azarkeşlər qarşısında günahımızı yuduğumuza görə şadam. Mən həmçinin Zaur Axundova (Azərbaycan Futbol Federasiyasının prezidentini nəzərdə tutur - müəl.) da təşəkkürümü bildirirəm. Onun bizim yanımızda olması əlavə motivasiya oldu".
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda "Koper" "Neftçi"dən güclü olmuşdu - 2:1.