Mumladze: Neftçi səddini də keçə bilərik
25 iyul 2014 15:28
Gürcüstanın "Çixura" klubunun yarımmüdafiəçisi Tornike Mumladze Avropa Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşacaqları "Neftçi" ilə oyunlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" çox güclüdü. Amma azarkeşlərimiz bizi "Bursaspor"la oyundakı kimi dəstəkləsələr, bu rəqibi də keçə bilərik".
Mumladze oyundan sonra türkiyəli azarkeşlərə göstərdiyi ədəbsiz jestə də aydınlıq gətirib: "Çox təəssüflənirəm ki, belə alındı. Sonradan türkiyəli oyunçulara yaxınlaşıb, bu hərəkətimə görə onlardan üzr istədim".