İnter daha çox kobudluğa məruz qaldı, Neftçi Koperin qapısını topa tutdu
Ötən gecə UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirildi. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Neftçi" və "İnter" də növbəti oyunlarına çıxdılar.
"Neftçi" Sloveniya "Koper"inə səfərdə qalib gələrək (2:0, ilk oyun 1:2) mərhələ adladı. Əvəzində "İnter" Bakıda İsveç "Elfsborq"una məğlub oldu. Səfərdə minimal hesabla üstün olan "bankirlər" penalti seriyasında uduzdular - 0:1, penaltilərlə 3:4.
Komandalarımızın cavab oyunlarının statistikası ilə sizi də tanış edirik:
Koper - Neftçi
Qollar: 0-2
Qapıya zərbələr (çərçivəyə): 7 (3) – 25 (11)
Ofsaydlar: 4-2
Qayda pozuntuları: 16-11
Künc zərbələri: 5-8
Sarı vərəqələr: 5:2
Qırmızı vərəqələr: 1:0
İnter – Elfsborq
Qollar: 0-1
Qapıya zərbələr (çərçivəyə): 9 (3) – 16 (7)
Ofsaydlar: 3-1
Qayda pozuntuları: 11-24
Künc zərbələr: 7-6
Sarı vərəqələr: 4:2
Qırmızı vərəqələr: 1:0