AZAL Antalyaspora qalib gəldi
Topaz Premyer Liqasında 2014/15 mövsümünə Türkiyədə hazırlaşan AZAL bu gün Bolu toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Tərlan Əhmədovun komandası yerli "Antalyaspor"la üz-üzə gəlib.
Qarşılaşmada hesabı 20-ci dəqiqədə "təyyarəçilər" açıblar. Amma fasilədən az sonra - 54-cü dəqiqədə türklər hesaba tarazlıq gətirə biliblər. Buna baxmayaraq, komandamız 86-cı dəqiqədə qələbə qolunu vura bilib və görüşün yekun nəticəsini müəyyənləşdirib - 2:1.
Xatırladaq ki, AZAL Boludakı ilk sınaq matçında İranın U-21 yığması ilə sülh bağlamış (2:2), ardından Türkiyənin "Mersin İdmanyurdu" klubuna 2:1 hesabıyla qalib gəlmişdi. "Balıkəsirspor"la son oyunda isə "təyyarəçilər" 1:2 hesabıyla məğlub olmuşdular.
Yoxlama oyunu
25 iyul
AZAL - Antalyaspor - 2:1 (1:0)